1 mart-Beynəlxalq Mülki müdafiə günüdür

1 mart-Beynəlxalq Mülki müdafiə günüdür.Məktəb-liseydə 01.03.2021-ci il tarixdə V-VI siniflərdə sinif rəhbərləri tərəfindən “Mülki müdafidə, onun məqsədi və əsas vəzifələri, düşmən hücumu təhlükəsi yaranarkən şagirdlərin fəaliyyəti” mövzusunda dərslər təşkil molunmuşdur.Məktəb-liseyin foyesində fərdi mühafizə, bədəni mühafizə, tənəffüs yollarını qoruyan ən sadə vasitələrdən ibarət sərgi hazırlanmışdır.Mülki müdafidə gününə həsr edilmiş tədbirdə məktəb-liseyin Mülki müdafiə qərargah rəisi S.M.Quliyeva, GÇH müəllimi R.Əzizov və başqaları çıxış etmişdir.R.Əzizov öz çıxışında qeyd etdi ki, Vətən müharibəsinin 44 günlük hərbi döyüşləri zamanı ermənistan silahlı qüvvələri Cenevrə konvensiyasının tələblərini pozaraq mülki vətəndaşların sıx yaşadığı Gəncə, Bərdə və Mingəcevir şəhərlərinə raketlərdən zərbələr endirirək vətəndaşların həlak olmasına səbəb olmuşlar.Fövqaladə Hallar Nazirliyinin Regional İdarələrinin xüsusi riskli dəstələri baş vermiş hadislərdə dağıntılar altında qalmış mülki şəxslərə köməklik edərək misilsiz fədakarlıqlar göstərmişlər.1 mart-Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir şagird və valideynlərin ciddi marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi