"Xocalı faciəsi" qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

25.02.2021-ci il tarixində 261 nömrəli  məktəbin 2 “D” sinfində Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbir başlamazdan əvvəl "Xocalı faciəsi" qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səslənib.Məktəbin ibtidai sinif müəllimi Qədirova Afaq erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. O, Xocalı faciəsinin başvermə səbəblərini açıqlayaraq bildirib ki, həmin dönəmdə Azərbaycana rəhbərlik edən hakimiyyətin laqeydliyi ucbatından xocalıların başına bu faciə gətirilib.Həmin gecə erməni cəlladları və onların havadarlarının Xocalıda törətdikləri qırğınları 20-ci əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşdüyünü deyən müəllim xüsusi vurğulayıb ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamentinin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıldığını yada salan müəlim Afaq Qədirova  eyni siyasətin Prezident İlham Əliyev, Heydər Əliyev Fondu tərəfindən həyata keçirildiyini qeyd edib.Tədbir zamanı şagirdlər Xocalıya həsr olunmuş şeirlər söylədilər.Daha sonra məktəbin 2A sinif şagirdldəri ve sinif rəhbəri Nazlı Məhərrəmova , 6Ç sinfi və Azərbaycan dili ədəbiyyat müəlliməsi Zeynalova Rahilə, Qasımova Rəhilə 26.02.2021-ci il tarixində  olan onlayn dərslərini Xocalı faciəsinə həsr etmişlər.Həmçinin məktəbin dəhlizində faciənin anım gününə həsr olunmus məktəbin təsviri incəsənət müəlliməsi Zərəfsan Məmmədova şagirdlərin əl işindən ibarət “Xocali qan yaddaşımız” adlı rəsm sərgisi təşkil etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi