21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilimizi sevək və sevdirək" adlı onlayn şəkildə tədbir keçirilib

Xətai rayonu 261 nömrəli məktəb liseydə 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilimizi sevək və sevdirək" adlı tədbir keçirilmişdir. Artıq bir ənənə halını alan və hər il qeyd olunan tədbir bu dəfə onlayn şəkildə Azərbaycan dili və ədəbiyyat müəllimi Xədicə Əliyevanın rəhbərliyi ilə 6''b" sinfinin şagirdləri tərəfindən nümayiş etdirilmişdir. Tədbir Azərbaycan Dövlət Himni ilə başlamışdır. Şagirdlər fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin tarixindən, Azərbaycan dilinin gözəlliyindən, zənginliyindən tarixi köklərindən danışmış, şeirlər, aforizmlər söyləmiş, ədəbi-bədii kompazisiya təqdim etmişlər. Şagirdlərin əl işləri videoçarx şəklində nümayiş olunmuşdur.Tədbirdə məktəbin Təlim-Tərbiyə işləri üzrə direktor müavinləri Svetlana Quliyeva, Samirə Məhərrəmova və ədəbiyyat müəllimləri iştirak etmiş, şagirdlərə dilimizin hərkəs üçün vacib və əhəmiyyətli olduğunu söyləmişlər. SvetlanaQuliyeva öz çıxışında ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün inkişaf etməsində mühüm rol oynadığını bildirmiş, dilimizi, Vətənimizi göz bəbə-yi kimi qorumağın, keşiyində durub tərəqqisi üçün çalışmağın vacibliyindən bəhs etmiş və şagirdlərə vətənpərvərlik ruhu aşılamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi