“20 Yanvar şəhidərinin xatirə günü”nə həsr olunmuş bir sıra onlayn tədbirlər həyata keçirildi

Azərbaycanın özünün müstəqiliyinə doğru ilk və ən böyük addımını atdığı gündən 1990-cı il yanvarın 20-dən düz 31 il ötür. Bu münasibətlə 19 yanvar 2021-ci il tarixində 261 nömrəli məktəb-liseydə “20 Yanvar şəhidərinin xatirə günü”nə həsr olunmuş bir sıra onlayn tədbirlər həyata keçirildi.Məktəbin 2d,4i,6d,8b,8Ç,9a,9e siniflərində onlayn təqdimatlar keçirildi. Keçirilən tədbirlərdə şəhid olan vətən oğulları və qızlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.4İ sinfinin keçirdiyi onlayn  tədbirdə 20 yanvar şəhidləri Ü.Bünyadzadənin, N.Şükürovun yaxinları,  II Vətən müharibəsi şəhidi R.Pənahovun bacısı çıxış edərək şəhidlərin Vətən sevgisindən, qəhramanlıq yollarından danışdılar.Ü.Bünyadzadəin ailəsi adından 4i tədbirinin təşkilatçılarının hər birinə şəhidin həyat yolundan bəhs edən “Ülvi gəncliyin sirləri” adlı kitab hədiyyə olundu. Eyni zamana 4i və 9e siniflərinin tədbirlərində iştirak edən II Vətən müharibəsi qaziləri R.Pənahov və E.Niftiyev öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.Vətənin müdafiəsi uğrunda şəhid olan qəhraman oğul və qızlarımıza rəhmət,qazilərimizə isə şəfa diləyirik.9e sinifinin dəvət etdiyi qazi Niftiyev Eldəniz Əjdər oğlu 1977ci ildə noyabrın 26-da Biləsuvar rayonunun Nəsimi kəndində dünyaya göz açmışdır.1983-1994-cü illərdə Rafiq Rzayev adına məktəbdə oxuyub.Bakı Ali Hərbi Birləşmiş Komandirlər məktəbini 1998ci ildə bitirdikdən sonra leytnant vəzifəsilə öz hərbi xidmətini davam etdirməyə başlayıb.21il Hərbi xidmət etdikdən sonra palkovnik-leytnant rütbəsilə ehtiyata buraxılmışdır.2020 ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmişdir.Hal-hazırda Bakı şəhərində orta məktəbdə hərbi müəllim olaraq işləyir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi