”Unudulmayan tarix”

“20 yanvar” faciəsinin 31-ci il dönümü ilə əlaqədar 261 nömrəli məktəb-liseyin foyesində “Uşaqların gözü ilə 20 yanvar" adlı sərgi təşkil olunub. “20 yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən məktəbin rəsm müəllimi Zərəfşan Məmmədova tərəfindən təşkil olunmuş sərgidə şagirdlərin əl işlərindən ibarət şəkillər təqdim olunub. Müxtəlif üslubda çəkilən əl işlərində şagirdlər öz hiss və həyacanlarını qələmin gücü ilə göstərməyə çalışmışlar. 20 Yanvar faciəsindən 31 il keçsə də şəhidlərimizin xatirəsi bizim üçün daim əzizdir. Biz heç vaxt bu dəhşətli faciəni və o gecənin günahsız qurbanlarını unutmayacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi