261 nömrəli məktəb-liseydə Microsoft Tims platforması  üzərindən  fənn olimpiadasının məktəb turu onlayn formada  keçirildi

16 yanvar 2021-ci il tarixdə  261 nömrəli məktəb-liseydə Microsoft Tims platforması  üzərindən  fənn olimpiadasının məktəb turu onlayn formada  keçirildi. Bu olimpiadanın keçirilməsi ilə əlaqədar məktəb-liseyin direktoru tərəfindən əmr verilmiş və təşkilat komitəsi yaradılmışdır. Həmçinin hər bir fənnə nəzarətçi müəllim müəyyən edilmişdir. Olimpiadanın məqsədi  9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması idi. Olimpiada Azərbaycan dili və ədəbiyyatı,  riyaziyyat, informatika, fizika.kimya, bialogiya, coğrafiya və tarix olmaqla ümumilikdə 8 fənn üzrə keçirildi.Olimpiada da iştirak edən hər bir şagirdimizə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi