Ümummilli liderimiz Heydər Əliyev-93

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar məktəb-liseydə kompleks tədbirlər həyata keçirilmişdir. Hazırlıq işlərinə 2016-cı ilin yanvar ayından başlanmışdır.93 müəllim və şagirdin əl işləri hazırlanmışdır.93 inşa yazılmış və məktəbin foyesində sərgilənmişdir.10a sinif şagirdi Eyvazzadə Nigar Adil qızının Ümummilli liderə həsr etdiyi inşa I yerə, 7a sinif şagirdi Hacıyeva Ləman Əfqan qızının inşası II yerə, 9b sinif şagirdi Əliyeva Aytac Niyaməddin qızının inşası III yerə layiq görülmüş və məktəb rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.93 ədəd divar qəzeti buraxılmış və məktəbin I və II mərtəbələrindən asılmışdır.Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş siniflər arasında şahmat yarışları keçirilmişdir.2c sinif şagirdi Şirəliyeva Nailə İbrahim qızı və 3c sinif şagirdi İsfəndiyarlı Kamal Mustafa oğlu I yeri,3d sinif şagirdi İsmayıllı Raul Bəhram oğlu və 5ç si-nif şagirdi Məmmədli Fidan Fərid qızı II yeri, 4e sinif şagirdi Hüseynli Ümid Elşən oğlu III yeri tutmuşlar və fəxri fərmanla mükafatlandırılmışdır.Məktəb-liseyin kitabxanasında Ümummilli liderimizin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar kitab sərgisi təşkil edilmişdir.Məktəbin ətrafında iməcilik keçirilmiş,təmizlik və abadlıq işləri aparılmış və gül kolları əkilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi