Vətənpərvər ruhlu şagirdlər VƏTƏN üçün Əsgər olmağa hazırdırlar

Bütün dünya uşaqları kimi, Azərbaycan uşaqları da sülh istəyir. Özü ilə ölüm kabusu daşıyan müharibəyə yox deyir. Fəqət dünyasını dəyişənlərimizin uyuduğu müqəddəs torpaqlarımızın 30 il düşmən torpağı altında qalmasına xalqımız dözə bilməzdi. Vətən sevgisi hamını müsəlləh əsgərə çevirərək bu döyüşə səslədi. 44 günlük Vətən müharibəsindən sonra rəşadətli Azərbaycan Ordusu bu döyüşlərdən qalib çıxaraq, torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərimiz, düşmən gülləsinə tuş gələn mülkü sakinlər,o cümlədən uşaq və yeniyetmələrimizin qisası yerdə qalmadı.  Azərbaycanın üçrəngli bayrağı doğma Xankəndimizdə,Şuşamızda və digər torpaqlarımızda dalğalandırıldı. 261 nömrəli məktəb-liseyin şagirdləri Azərbaycan ordusunun tarixi zəfərini. əsgər və zabitlərimizin şücaətini tərənnüm edən  rəsmlər çəkmiş və məktəbin foyesində həmin şəkillərdən ibarət sərgi hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi