Məktəb-liseydə “Mən Xocalıyam” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir

Məktəb kollektivi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” Şüari altında keçirilən yürüşdə iştirak etmişdir. Xətai rayonu 261 nömrəli məktəb-liseydə Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi. Məktəbdə Xocalı faciəsinin 28-ci il ildönümü ilə bağlı olaraq “Mən Xocalıyam” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.Tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Xədicə və 7ç sinif şagirdləri tərəfindən təşkil olunmuşdur.Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyeva, tərbiyə işləri üzrə direktor müavini Lamiyə Məmmədova,məktəbin müəllimləri və kitabxanaçılar iştirak etmişdir.Tədbir Azərbaycan Dövlət Himni ilə başlamışdır.Bir dəqiqəlik sükutla Xocalı şəhidləri xatirəsi yad edilmişdir.Xocalı faciəsi haqqında məlumat verilmişdir.Tədbirdə şeir parçaları və musiqilərlə Xocalı faciəsinin xalqımıza yaratdığı unudulmayan ağrı-acını bir daha yada salmışdır.Məktəbin foyesində Xocalı faciəsi ilə bağlı kitab və rəsm sərgisi təşkil olunmuşdur.Xocalı faciəsinə aid divar qəzetləri hazırlanmışdır.Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq təşkil olunmuş “Xocalı şəhid şəhəri”adlı rəsm sərgisində 7ç sinif şagirdi Fərzəliyeva Selcan və faciyəyə həsr olunmuş inşa müsabiqəsində Mahmudova İzel diplomla təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi