“Səni tərənnüm edirəm Azərbaycan!” adlı tədbir keçirilmişdir

23 aprel 2016-cı il tarixdə 261№li məktəb liseydə “Vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi”mövzuunda tədbir keçirilmişdir. Tədbirdə üəllim-şagird kollektivi,valideynlər iştirak etmişlər. Məktəb-liseyn direktoru Abuzər Əsədov tədbiri açıq elan edərək, “Ermənilər Azərbaycan xalqının düşmənidir!” mövzusunda məruzə etdi. Məktəbdə keçirilmiş “Vətən torpağı əzizdir mənə!” şeir və mahnı müsabiqəsinin və rayon müsabiqəsinin qalibi Səma Rzayevaya 8a Məmməmd Arazın “Ayağa dur, Azərbaycan!” şeirini, digər iştirakçılardan: 6b Rəhimli Şərqiyyə “Mənə Vətənsiz deməyin!” Ağayeva Əsmər “Bu qan yerdə qalmayacaq!”9c Eyvazlı Maya Məmməd Arazın “ Məndən ötüb qardaşıma dəydi!”4ç Nəsirzadə Şəhla Əli Kərimlinin “Azərbaycan” şeirlərini söyləmişlər. Həmçinin 8c sinif şagirdi Rəsmiyyə Qasımova Əhməd Cavadın sözlərinə yazılmış musiqisi Üzeyir Hacıbəyovun olan “Çırpınırdı Qara Dəniz” mahnısını, 9b sinif şagirdi Rəhimli Fidan Ənvər Əlibəylinin “Azərbaycan”, 9d sinif nşagirdi Əliyeva Hüsniyyə Zivər Ağayevanın “Yaşa Azərbaycan!” mahnılarını ifa etmişlər. Təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Quliyevanın rəhbərliyi ilə məktəblilər arasında “Vətən qəhrəmanları unutmur!” mövzusunda keçirilmiş “ən yaxşı inşa” müsabiqəsinə oxunmuşdur, təqdim edilmiş yazılar Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlıq bildirən, onlara dəstək olaraq ruh yüksəkliyini daha da artırmaq məqsədilə “Əsgərə məktub” lahiyəsinə şagirdlərin qoşulmasını təşkil etmiş, 400-dən çox məktub Xətai rayon “Asan xidmət” şöbəsinə göndərilmişdir. Keçirilən tədbirdə “Əsgərə məktub!”lardan bir neçəsi oxunmuşdur. Z.Məmmədova “Vətənpərvərlik” mövzusunda rəsm sərgisi təşkil etmişdir. “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə petisiya”ya 124 və s toplanmışdır. Bu lahiyənin həyata keçirilməsində tərbiyə işləri üzrə direktor müavini Lamiyə Məmmədova fəal iştirak etmişdir.Məktəb-liseyi pedoqoji kollektivi və şagirdləri,“Asan könüllüləri“,“Əsgərə məktub!“ layihəsinə qoşulmuşdur və 373 ədəd məktub yazaraq Xətai rayon “Asan xidmət“ mərkəzinə təhvil verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi