İlham Niyazi oğlu Məmmədovun xatirəsinə həsr olunmuş təqdimat keçirib

19 fevral 2020-ci il tarixində şəhid qəhrəmanımız İlham Məmmədovun doğum günüdür.Bu məqsədlə hər il olduğu kimi ibtidai sinif müəllimi Cəfərova Ziyafət müəllimə  4b sinfi ilə şəhid-məzun İlham Niyazi oğlu Məmmədovun xatirəsinə həsr olunmuş təqdimat keçirib.Ziyafət müəllimə şagirdlərə şəhidin keçdiyi döyüş yolu, ailə üzvləri haqqında geniş məlumat verdi.Şagirdlər  Azərbaycan Respublikasının Dövlət himnini  səsləndirməklə təqdimata başlayıblar.İbtidai  sinif müəllimi Z.Cəfərova   məktəbin onun adını daşımasından qürur hissi keçirdiyini bildirib.Daha sonra  şagirdlər vətən, torpaq və şəhidlər mövzusunda olan şerlərini təqdim etdilər. Şəhid ruhu şagirdlərin təqdimatlarında bir daha  anıldı,xatırlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi