Rəssam şagirdlərimiz

İstedadlı şagirdlərimizin sayı getdikcə artmaqdadır.Onların arasında rəssam şagirdlərimiz də var.261 nömrəli  məktəb-liseyin  3b sinif şagirdi Əhmədzadə Nigar Xətai rayon Mübariz İbrahimov adına rəsm kursunda akvarel boya ilə rəsmlər çəkməyi öyrənmişdir.Kiçik yaşlarından rəsmə marağı olan Nigar həyatda gördüklərini vərəqə köçürməkdən zövq  alır.Nigarın ən çox xoşladığı məişət mövzularında  rəsmlər çəkməkdir.Məktəbimizin ən kiçik rəssam şagirdi isə 1A sinfində oxuyan Hüseynli Ayandır.Ayan da sulu boya ilə işləməyi sevir. Gözəl əl qabiliyyəti olan Ayan şəkil çəkməyə çox həvəslidir.Rəsmə olan marağını kursa  getməklə daha da genişləndirmək niyyətindədir.1 e sinif şagirdi Quluzadə Dəniz də rəssamlığa böyük həvəsi olan şagirdlərimizdəndir. Dənizin sulu boya ilə işlədiyi şəkillər göz oxşayır.Rəngarəngliyi xoşlayan Dəniz rəsmlərində də bunu biruzə verir.Daha bir balaca heveskar şagirdimiz də 4d sinfində oxuyan Rzayeva Nigardir. Daha çox natürmort janrına müraciət edən Nigar rəsmə həvəsi böyükdür.Bu balaca rəssamları həvəsləndirmək məqsədi ilə məktəbdə uşaqların əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.Rəssam şagirdlərimizə uğurlar arzulayır,gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi