Məktəblilər yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilir

Prezident İlham Əliyevin  27 dekabr 2018-ci il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında yol hərəkətinin  təhlükəsizliyinə dair  2019-2023-cü illər üçün Dövlət Proqramı”nin və Təhsil nazirinin müvafiq əmrinə  uyğun olaraq  nəzərdə tutulan məsələlərin həyata keçirilməsi ilə bağlı 07 fevral 2020-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Milli avtomobil Klubu (AMAK) ilə birgə “Avtomobili  uşağınız üçün təhlükəsiz edin”  mövzusunda  yarış keçirildi. Məqsəd xüsusi uşaq oturacaqları və təhlükəsizlik kəmərinin  əhəmiyyətini uşaqlar arasında təbliğ etməkdən  ibarət  idi.Yarışın münsiflər heyəti: Azərbaycan Respublikası DİN Baş DYPİ  İdarəsinin  rəsmisi,polis polkovnik-leytenant Mübariz AğayevBakı şəhəri Düvlət Polis İdarəsinin bölmə rəisi,polis polkovnik Vaqif Əsədov,Avtosfer.az saytının baş redaktoru ,yol təhlükəsizliyi üzrə ekspert Elməddin Muradov, yol təhlükəsizliyi üzrə ekspert  Azər Allahverənov idi.Yarışda Bakı şəhərinin 34,44,45,211,244,261,266 nömrəli  tam  orta məktəblərinin şagirdlərindən seçilmiş,hər birində 6 nəfər olmaqla 5 komanda iştirak etdi.261 nömrəli məktəb-liseyin IVA  sinif şagirdləri  Bəkirli Həmid,İsmayılzadə İnci,Quliyev Novruz   “Nizamlayıcı” komandasını təmsil edirdilər.Bu yarışda “Nizamlayıcı” komandası  II yerə layiq görüldü.Qalib komandanın  hər bir üzvünə diplom və müxtəlif hədiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi