Məktəblilərin idman uğuru

261 nömrəli məktəb-liseyin şagirdlərinin şəhər və beynəlxalq yarışlarda əldə etdiyi  uğurlarının sırası genişlənməkdədir.Məktəb-liseyimizin məktəbə hazırlıq qrupunda oxuyan He qrup şagirdi Leyla Kərimzadə Azərbaycan Milli  Karate Federasiyası tərəfindən   keçirilən turnirdə qalib gələrək Azərbaycan bayrağını qaldırıb,himnimizi səsləndirib. Bundan əlavə Leyla “Zirvə” idman klubu  tərəfindən keçirilən Gənclər gününə həsr olunmuş yarışda da qalib gələrək I yerə layiq görülmüşdür.Eyni yarışda 3a sinfində oxuyan Nəbiyev Əli də uğurla iştirak etmişdir. Bu qalibiyyətlərinə görə Leyla  və Əli federasiya tərəfindən  medal və diplomla mükafatlandırılmışdır.1a sinif şagirdi Rüstəmzadə Ayaz  və 2 c sinif  şagirdi  Ağazadə Mətin ,5d sinfində oxuyan Ağazadə Ayan  taekvondo üzrə Abşeron rayon turnirində I yer tutduğuna görə Abşeron rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diploma layiq  görülmüşdür.1e sinfində oxuyan Mahmudov Teymur  CÜDO üzrə “Əhmədli” İ.K-nun açıq birinciliyində 22 kq-lıq cüdoçular arasında üç dəfə birincilik qazanmışdır,4ç  sinfində oxuyan Şıxəliyev Hüseyn və Həşimli Yusif  də Qarabağ  İdman Klubunun Judo İdman növü üzrə uşaqlar arasında açıq  birinciıliyində  I  yeri qazanaraq  medal və diplomlarla təltif olunmuşdur.3ç sinfində oxuyan Məmmədov Hikmət də eyni yarışda iştirak edərək II yeri qazanmışdır.2a sinfində oxuyan Mirzəyev Sabir “Azərbaycanda Gənclər Günü”nə həsr olunmuş kikboksinq üzrə DİN-in İdman Cəmiyyətinin  keçirdiyi açıq birincilikdə I yerə layiq görülmüş,medal və diplom qazanmışdır.4d sinif şagirdi Aslanova Banuçiçək, 2ç sinif şagirdi Şirinli Nicat şahmat üzrə yarışlara qatılaraq diploma layiq görülmüşdür.Yuxarı sinif şagirdləri də öz uğurları ilə seçilənlər sırasında olmuşdurlar. Belə ki, Lənkəran şəhərində keçirilən futbol yarışında 8 a sinif şagirdi Məhərrəmov Nicat  “Bakı 008” komandası ilə  iştirak edərək  qalibiyyətlə Bakıya dönmüşdü. Məktəb-liseyin  digər şagirdi Qayıbova laçın da dəfələrlə Azərbaycan Milli karate Federasiyası tərəfindən  diplom ve medallarla təltif olunmuşdur.Məktəb-liseyin şagirdi Hacızadə Rahib 01-02 fevral tarixində “Muay Thai” idman növü üzrə keçirilmiş açıq turnirdə I yer tutmuşdur. “Uğur” İdman Mərkəzinin təşkil etdiyi  Akrobatik Gimnastika üzrə açıq çempionatinda məktəb-liseyin şagirdi Hacızadə Ahu da  uğur qazanaraq daını qaliblər sırasına sala bilmişdir.Yarışlarda iştirak edərək qalibiyyət qazanmış şagirdlərimizi təbrik edir və onlara uğurlar arzulayırıq.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi