Mülki Müdafiə Günü

23 aprel 2016-cı il tarixində 261№-li məktəb-liseydə Mülki Müdafiə günü keçirilmişdir.Bu tədbirin keçirilməsində əsas məqsəd liseyin bütün şəxsi heyətinin MM üzrə troeretiki biliklərini və əməli vərdişlərinin artırılması olmuşdur.261№-li məktəb-liseyin MM qərargah rəisi Svetlana Quliyeva tədbiri açıq elan etdi və "Məktədə Mülki Müdafiənin"təşkili mövzusunda çıxış etdi.Daha sonra məktəb-lseyin direktoru A.Əsədov,GHÇ üzrə müəllimi "Azərbaycan Respublikasının Mülki Müdafiəsi,onun məqsədi və əsas vəzifələri"mövzusunda çıxış etdilər.Tədbirdə direktoun təlim-tərbiyə işləri üzrə müavini və sinif rəhbərləri o cümlədən II,V,VI,X,XI siniflərdə müxtəlif mövzularda "Müasir kütləvi qırğın vasitələri","Kollektiv mühafizə qurğuları","Əraziyə uyğun səciyyəvi qəzalar,təbii fəlakətlər və onlardan mühafizə" MM dərsləri keçirilmişdir.Məşğələlərdə şəxsi heyət fövqəladə hallar zamanı köməksiz qalmış insanlara kömək etmək,çirklənmiş ərazidən əhalinin təhlükəsiz ərazilərə və sığınacaqlara,daldalanacaqlara yerləşdirilməsində təcrübəvi vərdiş və nəzəri biliklərinin artırılmasını nümayiş etdirdi.Tədbir zamanı həmçinin,MM planının reallığı dəqiqləşdirilmişdir.Keçirilən tədbir dövri qarşıya qoyulan məqsədə nail olunmuş,keçirilən tədbir qənaətbəxş hesab olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi