Nağıl müsabiqəsinin rayon turunda qalib gəlmiş məktəb

Dekabrın 26-də 86 nömrəli tam orta  məktəbdə Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xətai rayon orta ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında “Nаğıl” müsаbiqəsi keçirilib. Müsabiqədə  Azərbaycan və dünya nağıllarından ibarət 15 dəqiqəlik səhnəciklər təqdim olunmuşdur.Bu müsabiqədə 261 nömrəli məktəb-liseyin 3c -Qədimova Namilə və 3i-Ağayeva Aynurə  sinif rəhbərlərinin təşkilatçılığı ilə 8 nəfərdən ibarət komandamız ”Günəş” nağılı ilə çıxış etmişdilər.Müsabiqədə iştirak edən məktəbin komandası  uğurlu çıxışına görə münsiflər heyəti tərəfindən bəyənilmiş və I yerə layiq görülmüşlər.Bu uğura görə məktəb-liseyin direktoru  A.H.Əsədov sinif müəllimlərini təbrik etmiş və müsabiqədə  iştirak edən uşaqların hər birinə  təşəkkürünü bildirmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi