Məktəblilərin Şəhidlər Xiyabanına ziyarəti

Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində Xətai rayonunun 261 nömrəli məktəb-liseyin  3d və 3e sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.Ziyarət zamanı məktəb-liseyin ibtidai sinif müəllimləri Mansurova Aytən və İsayeva Lela şagirdlərə 20 Yanvar faciəsi barədə geniş məlumat verib, bu qanlı hadisənin başvermə səbəblərindən və acı nəticələrindən danışıb.Onlar vurğulayıblar ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi