“20 Yanvar” faciəsinin 30-cu ildönümü ilə əlaqədar məktəb-liseydə anım günü

Bu gün İ.Məmmədov adına 261 nömrəli  məktəb-liseydə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Faciənin 30-cu ildönümü münasibətilə 3b sinfinin təşkil etdiyi “ Günəşin doğması üçün qan lazım imiş” adlı  anım tədbiri keçirilib.Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Uşaqlar şəhidlik zirvəsinə ucalarkən onlar kimi məktəbdə şagird olan Larısa Məmmədova, İlqar İbrahimovdan bəhs edən səhnəciklər təqdim edərək bu faciənin həm də qəhrəmanlıq salnaməsi olduğunu önə çəkiblər.Tədbir boyu təqdim olunan səhnəciklərdə şagirdlər  balaca ürəklərində necə  böyük vətən sevgisi daşıdıqlarını  nümayiş etdiriblər.Anım tədbiri  məktəb-liseyin digər siniflərində də 20 Yanvara həsr olunan ədəbi-bədii kompozisiyaların göstərilməsi, şeir və  bayatıların söylənilməsi,  rəsm sərgilərinin nümayişi ilə  davam etdirilmişdir.Tədbirin sonunda məktəb-liseyin direktoru A.H.Əsədov çıxış edərək uşaqların bu təşəbbüsünü alqışlayıb və 20 Yanvar faciəsi ilə bağlı öz xatirələrini bölüşüb,   20 Yanvar Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi daxil olunduğunu qeyd edib, məktəblilərə bu tarixi heç vaxt unutmamağı tövsiyə edib.Eyni zamanda məktəb-liseyin direktoru   tədbiri hazırlayan uşaqların sinif rəhbəri Hümbətova Sevil  müəlliməyə, belə vətənpərvər övladlar yetişdirdiyinə görə  valideynlərə  təşəkkürünü bildirmişdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi