"Prezident kuboku"na layiq görülən şagirdimiz

Məktəb-liseyin 7d sinif şagirdi Abiyev Nihad Elçin oğlu yenə də uğurları ilə bizləri sevindirdi.22-24 dekabr 2019-cu il tarixlərində Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası tərəfindən keçirilən "Prezident Kuboku" adında Beynəlxalq Açıq Festifal təşkil olundu.Bu yarışda "Kyokushin Karate"ni KWF təşkilatından Abiyev Nihad da təmsil edirdi.Döyüşlərini uğurla başa vuraraq "Prezident kuboku"- na, medalına və diplomuna layiq görüldü.Əlavə olaraq 2019-cu ilin yekununa görə KWF təşkilatının Kyokushin Karate üzrə ilin ən yaxşı nokaut edən döyüşçüsü seçilərək, fəxri fərmanla təltif olundu.Məktəb-liseyin rəhbərliyi bu uğurlarına görə Abiyev Nihadı təbrik edir və ona uğurlarının davamlı olmasını arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi