“Heydər Əliyev irsinin öyrənilməsi”

 Təhsil müəssisələrində Ümummilli lider Heydər Əliyev irsinin və azərbaycançılıq ideyasının öyrənilməsi və təbliği ilə bağlı 261 nömrəli məktəb-liseydə bir sıra tədbirlər həyata keçirilmişdir. Məktəb-liseyin 3e sinif rəhbəri İsayeva Lela  şagirdlərə ümummilli Lider Heydər Əliyevin həyatı, fəaliyyəti və rəhbərliyi dövründə yeritdiyi uğurlu siyasəti barədə geniş məlumat vermiş, H.Əliyevin  müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs etmişdir. Eyni zamanda uşaqlar öz təqdimatları ilə “Heydər Əliyev və azərbaycançılıq idealogiyası”, “Heydər Əliyev və Azərbaycan təhsili”,  “Heydər Əliyev tarixi şəxsiyyət kimi” mövzusunda məruzələr etmiş, ulu öndərə həsr olunmuş şeirlər söyləmiş və Heydər Əliyevin həyatı ilə bağlı videoçarx izləmişdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi