261 nömrəli məktəb-liseyin Bakı şəhəri üzrə müsabiqələrdə uğurları

2019-2020-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin 21.11.2019-cu il tarixli F436 əmrinə əsasən “Kiçik tədqiqatçılar” müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə 261 nömrəli məktəb-liseyi  II,III və IV sinif şagirdlərindən təşkil olunmuş “Evrika” komandası “Fövqəladə  hallar zamanı davranış qaydaları” tədqiqat işi ilə təmsil etmişdir.Komandanın rəhbəri ibtidai sinif müəllimi Dadaşova Fidan olmuşdur. Komanda fəal iştirakına görə  Bakı şəhəri üzrə  Təhsil İdarəsi tərəfindən “Tərifnamə” ilə təltif olunmuşdur.Bununla əlaqədar olaraq məktəb-liseyin direktoru A.H.Əsədov  komanda rəhbəri Fidan Dadaşovanı təbrik etmiş və komanda iştirakçılarının hər birini “Tərifnamə “ ilə təltif etmişdir.Eyni zamanda Bakı şəhəri üzrə Təhsil İdarəsinin 19 noyabr 2019-cu il tarixli F-425 nömrəli əmrinə əsasən “Gəlin tanış olaq” müsabiqəsi keçirilmişdir. Müsabiqədə  261 nömrəli məktəb-liseyi “Xətai parkları” mövzusu ilə VIII sinif şagirdi Rinat Qədimzadə  təmsil etmişdir. Müsabiqənin nəticələrinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Həvəsləndirici yer”ə layiq görülmüş və “Fəxri fərman”la təltif edilmişdir.Bu uğurlara  görə müsabiqələrdə qalib gəlmiş pedaqoji kollektivin  üzvlərini  təbrik edir və gələcək müsabiqələrdə onlara uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi