2019-cu ildə “Karate” idman nözü üzrə 8 medal qazanmış şagirdimiz

2019-cu il ərzində Karate idman növü ilə 8 medal qazanaraq həm ölkə daxilində, həm də xaraci ölkələrdə vətənimizi təmsil etməklə yüksək yerlər tutan, medallar qazanan məktəb-liseyin 10a sinif şagirdi Baxşəliyev Ramil tərbiyə və təhsili ilə də həmişə seçilibdir.18-20 yanvar 2019-cu il tarixlərində Azərbaycanda keçirilən Bakı “Arpaçay Open” yarışında I yer, 9-10 mart tarixlərində Türkiyə İstanbulda keçirilən “İnternational Bosphorus Karate Tournament”də I yer, 18-20 aprel  tarixlərində Qazaxıstan Astana şəhərində keçirilən “Kazakhstan Open” yarışında III yer, 27-28 aprel tarixlərində Macarıstan Badapeşt şəhərində keçirilən “İ.S.F Combat games” yarışında I yer, 5-7 iyul tarixlərində Xorvatiya Umaq şəhərində keçirilən “WKF Youth leagne” yarışında III yer, 19-22 sentyabr tarixində İran Urmiya şəhərində “Urmiya Open” yarışında I yer, 12-15 dekabr tarixlərində İtaliya Venesiya şəhərində “Youth league” yarışında II yeri tutaraq, medallar ilə vətənə qayıtmışdır.Məktəb-liseyin rəhbərliyi Ramili təbrik edir, ona həm təhsilində , həm də idmanda uğurlar arzulayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi