Bakı Kitab Mərkəzinə ekskursiya

     Azərbaycan Respublikası Təhsil nazirinin 30 avqust 2019 –cu il tarixli F-531  nömrəli əmrinə əsasında məktəb-liseyin 2019/2020-ci tədris ili üçün tərtib olunmuş Fəaliyyət Planında ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarla mütaliə bacarığının formalaşdırılması nəzərdə tutulmuşdur.14 dekabar 2019-cu il tarixdə bu planı həyata keçirmək məqsədlə məktəb –liseyin V sinif şagirdləri Uşaq Birliyi Rəhbəri İlhamə Mahmudova ilə birlikdə Bakı Kitab Mərkəzində oldular. Uşaqlar üçün yeni istifadəyə verilmiş bu məkanda çoxlu maraqlı ,müxtəlif ölçüdə ,müxtəlif janrda kitablar vardı.Mərkəzdə məktəbimizin şagirdlərinə Dünya və Azərbaycan ədibləri və onların əsərləri barədə maraqlı məlumatlar verildi. Şagirdlərimiz bu mərkəzdə yaş xüsusiyyətinə uyğun olaraq kitablarla və onların müəllifləri ilə elektron göstərici vasitəsilə tanış olub ,Abdulla Şaiqin əsərlərini mütaliə və müzakirə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi