Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib

Tədbirlərin keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyev irsi, həyat və yaradıcılığı ilə məktəbliləri maarifləndirmək olub.Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.İ.Məmmədov adına məktəb-liseydə 12 dekabr Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.Belə ki, bütün siniflərdə ilk dərslərində ulu öndərin həyat və yaradıcılığı ilə bağlı video çarxlar nümayiş etdirilib, şagirdlərə geniş məlumat verilib, şagirdlər də öz növbəsində şeirlər və təqdimatlarla çıxış ediblər.Anım günü ilə əlaqədar olaraq divar qəzetləri buraxilmiş,təqdimatlar hazırlanmış,ulu öndərin xatirəsinə həsr olunmuş foto sərgi nümayiş etdirilmiş,ekskursiya təşkil olunaraq Fəxri Xiyabana gedilərək dahi liderin məzarı ziyarət edilmişdir.Məktəb-liseyin ibtidai sinif müəllimi Qurbanova Təranə müəllimənin rəhbərliyi ilə 4 c sinfinin təşkil etdiyi tədbirdə çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavinləri S.Quliyeva və S.Məhərrəmova ,tərbiyə işləri üzrə direktor müavini L.Məmmədova ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş,dahi rəhbərin həyat və yaradıcılığı haqqında danışmış və belə maarifləndiici tədbir hazırladıqlarına görə tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi