“Valideynin məktəbdə bir günü”

Xətai rayon 261 nömrəli məktəb-liseyin valideynləri 10 dekabr 2019-cu il tarixində "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlıq məqsədilə , tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin verilməsi, məktəb-liseyin pedaqoji heyəti ilə səmərəli ünsiyyət platformasının yaradılması məqsədilə məktəbdə olmuş, dərslərdə iştirak etmişlər.Məktəb-liseyin  direktoru Abuzər Əsədov onlarla sağlam psixoloji mühitin formalaşdırılmasında  şagirdlərarası münasibətlər  barədə maarifləndirici söhbət aparmış, təlim-tərbiyə işləri üzrə direktor müavini  S.Quliyeva  müəllim şagird və müəllim  valideyn münasibətlərin düzgün qurulmasının vacibliyi barədə müzakirələr etmiş,qiymətləndirmə ilə bağlı video çarx göstərilmişdir.Sonra direktor müavinləri S.Məhərrəmova və L.Məmmədova valideynlərə məktəbin uğurları barədə söz açmış ,”Elektron Təhsil” Respublika  müsabiqəsinin qalibləri,qızıl medallə məzunlar ,məktəb-liseyin Prezident təqaüdçüləri,2017-2018-ci və 2018-2019-cu tədris illərində tarix fənnindən Respublika olimpiadasında birincilərin birincisi olmuş məktəb-liseyin şagirdləri haqqında  məlumat vermişdilər.Valideynlər məktəb-liseyin kitabxanası ilə tanış olmuş,kitabxanacılarla söhbət aparmış,maraqlı müzakirələrə qoşulmuşdular. Sonda validenlər məktəb-liseyin bufeti ilə tanış edilmiş və çay süfrəsi ətrafında səmimi söhbətlər aparmışlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi