“Yol hərəkəti qaydalarını öyrənək” mövzusunda tədbir

28 noyabr tarixində məktəb-liseyimizdə 3i sinfinin təşkilatçılığı ilə  “Yol hərəkəti  qaydalarını  öyrənək” mövzusunda maarifləndirici  tədbir keçirilmişdir.Tədbiri keçirməkdə məqsəd şagirdlər arasında yol hərəkəti qaydalarını təbliğ etməkdən ibarətdir. Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,polis polkovniki  Vaqif Əsədov, Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi,polkovnik-leytenant Məryəm Ömərova, Bakı r Baş Polis İdarəsinin əməkdaşı mayor Kəmalə Ələkbərova,1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistləri Qəmər Əbdülsalamova və Vüsalə Abışova iştirak etmişdilər.Tədbirin sonunda məktəbin direktoru çıxış edərək qonaqlara təşəkkürünü bildirmiş, maraqlı tədbir üçün tədbirin təşkilatçısı Ağayeva Aynurə müəlliməyə,öz çıxışları ilə tədbiri daha da rəngarəng edən tədbir iştirakçilarına minnətdarlıq etmişdir. Polis polkovniki Vaqif  Əsədov zalda iştirak edən məktəblilər arasında  viktorina keçirmiş, qalib şagirdlərə “Yol hərəkəti qaydaları” haqqında kitab hədiyyə etmişdir. Bundan əlavə polkovnik  Vaqif  Əsədov  gözəl və maraqlı tədbir təşkil edən 3i sinif müəllimi A.Agayevaya  və tədbirdə yaddaqalan  çıxışlari ilə seçilən bir-neçə şagirdə  təşəkkürnamə  vermişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi