7 dekabr 2019-cu il tarixdə məktəb- liseyin X-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının əməkdaşlığı və dəstəyi, “Lider Qadınlar” İctimai Birliyinin təşəbbüsü ilə “Azərbaycanda qadın haqları gənclərin gözü ilə” layihəsi üzrə keçirilən inşa müsabiqəsində 24 şagird iştirak etmişdir. Qabaqcadan təqdim olunmuş mövzular əsasında məktəblilər öz yaradıcılıq imkanlarından istifadə etməklə, bacarıqlarını göstərmişlər.Saat 10-00 da başlayan yazı müsabiqəsindən dərhal sonra ədəbiyyat müəllimlərinin iştirakı ilə yaradılan komissiya tərəfindən yazı işləri yoxlanılmış, ilkin qiymətləndirmə işi aparılmışdır. Məktəbin XI sinif şagirdi Yusifova Səbuhənin yazı işi I yerə layiq görülərək Bakı Şəhəri Təhsil İdarəsinə göndərilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi