Beynəlxalq futbol turnirində qalib gəlmiş futbolçu şagirdimiz

29 noyabr-04 dekabr tarixlərində İran islam Respublikasında “Eli Daei Futbol cup İran” adlı  ənənəvi futbol turnuri keçirilmişdir. Turnirdə 1-ci yeri  Azərbaycanın “Bakı 008 Peşəkar  futbol  Klubu  “,2-ci yeri “Yaranı Daei”, komandası, 3-cü yeri  isə Təbrizin “Sarab futbol Klubu” tutdu.Turnirdə Azərbaycanı  təmsil  edən  Bakı 008 Peşəkar  futbol  Klubu  turnirdə iştirak edən butun rəqib  komandaları üstələyərək  qızıl medal və diplomlarla Vətənə qayıdıb. Məktəb-liseyin  8a sinif şagirdi Məhərrəmov Nicat  İlqar oğlu “Bakı 008 Peşəkar  futbol  Klubu “ nun kapitanı kimi bu turnirdə iştirak edərək  qonşu ölkədə himnimizi sədaları altında  bayrağımızı qaldırmış,Vətənə qələbə ilə qayıtmışdır.Məktəb rəhbərliyi   qalib şagirdi təbrik etmiş,ona gələcəkdə  yeni uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi