Yekun hesabat

18.05.2023-cü il tarixində İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" nın yekun hesabat iclası keçirilib. "Kiçik Akademiya" 260 nömrəli tam orta məktəbdə 2016-cı ildən fəaliyyət göstərir. Bu illər ərzində şagirdlərimiz müxtəlif istiqamətlərdə elmi axtarışlar aparıblar. 2022/23-cü tədris ilində Akademiyanın ilk iclası keçirilib. Könüllü olaraq Akademiyanın işində 44 nəfər şagird iştirak etmək üçün müraciət edib. Sonradan onlardan 7 nəfəri müəyyən səbəblərdən Akademiyanın tərkibindən çıxmışdır. Belə ki, 37 nəfərlə Akademiyanın bu tədris ilindəki fəaliyyətinə yekun vururuq. Ədəbiyyat-4 nəfər, Riyaziyyat-6 nəfər, İnformatika-5 nəfər, Fizika-6 nəfər, Biologiya-5 nəfər, Kimya-1 nəfər, Coğrafiya-4 nəfər, Tarix-6 nəfər fənni üzrə elmi axtarışlar aparılmışdır. Keçirilən təqdimatların sayı-6, Praktiki aparılan təcrübələrin sayı-24, Təqdimatların video-çarxla nümayişi-29, Yazılı təqdimatların sayı-37, Cəlb olunan, fənn müəllimləri-8 7-ci sinif-6 nəfər, 8-ci sinif-12 nəfər, 9-cu sinif-11 nəfər, 10-cu sinif-7 nəfər, 11-ci sinif 1 nəfər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi