28 may Dövlət Müstəqillik Günü

Mayın 26-da 260 nömrəli tam orta məktəbin akt zalında 28 may Dövlət Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Məktəbin akt zalı Müstəqilliyimizə həsr olunmuş plakatlar, divar qəzetləri və şagirdlərin əl işləri ilə bayramsayağı bəzədilib. Əvvəlcə şagirdlər tərəfindən Azərbaycan Dövlət himni səslənib. Sonra aparıcılar ibtidai sinif müəllimi Məmmədova Sevdanın rəhbərliyi ilə 2 "c" sinif şagirdlərini səhnəyə dəvət ediblər. Şagirdlərin biri-birindən maraqlı olan şeirləri və rəqsləri iştirakçılar tərəfindən maraqla izlənilib. Torpaqları yağı düşməndən azad olan Vətənimizin igid oğlan və qızlarının şərəfinə musiqili nəğmələr və şerlər səslənib. Tədbirdə qonaq qismində iştirak edən Yeni Azərbaycan Partiyasının Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək tədbirin yüksək səviyyədə hazırlanmasından və tərtibatdan məmnun olduğunu bildirib. Balaca fidanlara təhsildə uğurlar arzulayıb. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Kəmalə Quliyeva valideynlərə şagirdlərə və təşkilatçılara öz minnətdarlığını bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi