Xocalı-əsrin faciəsi

Fevralın 24-də 260 nömrəli tam orta məktəbin akt zalında Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Xocalı qurbanlarının anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin tarix müəllimi Xalidə Muradova Xocalı faciəsində ermənilərin törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Xocalı soyqırımı isə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Daha sonra şagirdlər Xocalı soyqırımında ermənilər tərəfindən törədilmiş vəhşilikləri əks etdirən kiçik səhnəciklərlə çıxış etdilər, şerlər söylədilər. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə baş vermiş o qanlı hadisələri, xocalıların başına gətirilən müsibətləri canlandıran şagirdlərin çıxışı tədbir iştirakçılarını çox duyğulandırıb. İfa olunan lirik şeirlər, faciəni əks etdirən səhnəciklər millətimizin yaddaşına qanlı hərflərlə yazılmış bu tarixin yaşanmış acı səhifələrini bir daha canlandırıb. Xocalı faciəsi ilə əlaqədar video çarx da nümayiş etdirilib. Sonda məktəbin direktoru Kəmalə Quliyeva çıxış edərək tədbirə yekun vurdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi