"Kiçik Akademiya" üzvlərinin növbəti təqdimatları

Oktyabrın 28-də 260 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" üzvlərinin növbəti təqdimatları keçirilib. Keçirilən təqdimatlarda şagirdlər ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya və ingilis dili fənnləri üzrə elmi axtarışlar aparıblar. Məktəbin direktor müavini Tahir Səmədov çıxış edərək, şagirdlərin götürdükləri mövzularla əlaqədar onlara verilmiş məsləhətlərin faydalı olmasından danışıb. Mövzularda əsasən "Zəfər qələbəsi" , "Şuşa ili" , Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətindən, torpaqlarımızın yağı düşməndən azad olmasından, qardaş Türkiyənin bizim haqq işimizdə verdiyi dəstəklərindən bəhs edilib. Şagirdlər daha çox "Bir millət, iki dövlət", "Şəhidlər ölməz, Vətən bölünməz" mövzularına müraciət ediblər. Ümumilikdə təqdimatda 38 nəfər şagirdin elmi işləri təqdim olunub. Sonda məktəbin direktoru Kəmalə Quliyeva şagirdlərə gələcək təqdimatlara dair müəyyən tövsiyyələr verib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi