"Kiçik Akademiya" üzvləri ilə görülmüş işlərin və həyata keçirilmiş tədbirlərin hesabatı

08 oktyabr 2021-ci il tarixdə məktəbdə "Kiçik Akademiya" üzvlərinin ilk iclası keçirilib. İclasda "Kiçik Akademiya" ya könüllü olaraq VII, VIII, IX, X siniflərdən 44 nəfər üzv yazılıb. Təşkilati işlər həyata keçirilib. 20 oktyabr 2021-ci il tarixdə "Kiçik Akademiya" nın ali orqanı olan "Zəka" divar qəzeti yaradılıb və onun ilk nömrəsi hazırlanıb. Redaksiya heyəti seçilib. 29 oktyabr 2021-ci il tarixdə növbəti yığıncaqda istedadlı şagirdlərlə işin təşkili həyata keçirilib. "Kiçik Akademiya" üzvlərinə verilmiş elmi axtarışlı mövzular yoxlanılıb. 05 noyabr 2021-ci il tarixdə "Kiçik Akademiya" üzvləri Şuşa ilə əlaqədar silsilə tədbirlər məktəbdə təşkil edilib. 12 noyabr 2021-ci il tarixdə "Konstusiya günü" ilə əlaqədar tədbir keçirilib. 19 noyabr 2021-ci il tarixdə "Kiçik Akademiya" üzvləri götürdükləri mövzular əsasında təqdimatlarla çıxış ediblər. (Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, informatika) 26 noyabr 2021-ci il tarixdə (Biologiya, kimya, fizika və çoğrafiya) bölmələri üzrə təqdimatlar olub. 02 dekabr 2021-ci il tarixdə "Kiçik Akademiya" üzvləri "Zərərli vərdişlərə qarşı aparılan profilaktik tədbirlərdən", "Narkomaniyaya yox deyək" mövzularında çıxışlarla təqdimatlarını nümayiş ediblər. Akademiyanın fəal üzvü 9 "a" sinif şagirdi Qurbanova Fidanın hazırladığı video çarx akt zalında nümayiş olunub. 06 dekabr 2021-ci il tarixdə Ülu öndər Heydər Əliyevin "Anım günü" ilə əlaqədar şagirdlərin təqdimatları keçirilib. 16-23 dekabr 2021-ci il tarixdə "Yol hərəkətinin təhlükəsizliyinə" həsr olunmuş sil-silə tədbirlər keçirilib, video çarxlar təqdim olunub. 01 fevral 2022-ci il tarixdə "Kiçik Akademiya" üzvləri mövzular üzrə aparılmış elmi araşdırmalarla növbəti təqdimatlarını təqdim edib. 01 aprel 2022-ci il tarixdə Akademiya üzvləri yekun təqdimatlarla çıxış ediblər. 29 aprel 2022-ci il tarixdə "Kiçik Akademiya" üzvləri arasında "Əziz Şuşa sən azadsan!", "Şuşa Qarabağın döyünən ürəyidir" mövzular üzrə inşa yazı müsabiqəsində iştirak ediblər.(qaliblər rəhbərlik tərəfindən mükafatlandırılıb). 13 may 2022-ci il tarixdə Akademiya üzvləri "Şuşanın görkəmli şəxslərinin həyat və fəaliyyətindən bəhs edən sənədli video çarx təqdim olunub." Yeni 2022-2023-cü il üçün qarşıda duran vəzifələr nümayiş olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi