"Kiçik Akademiya"

İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2016-cı il tarixdən fəaliyyətə başlayıb. Məktəbdə yaradılmış “Kiçik Akademiya”nın əsas məqsədi VI-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq etməsi, onların elmi-yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərin elmi dünyagörüşünün formalaşması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq əsas hədəfimizdir. “Kiçik Akademiya”da humanitar, riyaziyyat, texniki və təbiət bölmələri fəaliyyət göstərir. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və təqdimatlar hazırlayırlar. “Kiçik Akademiya”nın üzvləri tədris ili ərzində, oktyabr, yanvar, aprel aylarında hesabat xarakterli təqdimatla çıxış edirlər. Mövzuların seçimi sərbəstdir. 2018-2019-cu tədris ilində “Kiçik Akademiya”nın üzvləri aşağıda qeyd olunan tədqiqat işlərini aparıb. “Riyazi rəqəmlərin möcüzəsi”- X sinif şagirdi Mədinə Hacılı “Dünya ölkələrinin çayları”- X sinif şagirdi Nuray Həsənli “Uran elementi” - X sinif şagirdi Ülkər Əlizadə Səməd Vurğunun “Aydın” poeması - VII sinif şagirdi Murad Qəmbərli “Dünyanın yeddi möcüzəsi” - VII sinif şagirdi Hüsniyyə Mustafayeva “Ekologiyanın qorunması” - IX sinif şagirdi Nigar Yusifova “İnsan ürəyinin fəaliyyəti” - VII sinif şagirdi Tahirə Rəşid “Qarabağ inciləri” - X sinif şagirdi Əminə Səlimova “Kiçik Akademiya”nın tərkibi aşağıdakı kimidir: Prezident - Nuray Həsənli (X) I vitse prezident - Ülkər Əlizadə (X) II vitse prezident - Nəzrin Qəmbərli (X) Bölmələrin rəhbərləri: Hərbi vətənpərvərlik - Hüsniyyə Mustafayeva (VII) Azərbaycan dili - Nəzrin Qəmbərli (X) Coğrafiya - Nuray Həsənli (X) Riyaziyyat- Mədinə Hacılı (X) Fizika - Aişə Eylazova (VIII) Kimya - Nərminə İbrahimxəlilova (X) Biologiya - Nigar Yusifova (IX) Məktəbin “Kiçik Akademiya”sı qarşıda duran məsələlərə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində layihələri həyata keçirir və bu işləri gələcəkdə də davam etdirəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi