Şuşanın görkəmli şəxsiyyətləri

Mayın 13-də 260 №-li tam orta məktəbdə “Şuşa ili” ilə əlaqədar sil-silə tədbirlərindən “Şuşanın görkəmli şəxsiyyətləri” nə həsr olunmuş tədbir keçirilib. Məktəbin biologiya otağında keçirilən tədbirdə məktəbin direktoru, direktor müavinləri, fənn müəllimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Tahir Səmədov açıb. Sonra Şuşanın görkəmli şəxslərinə həsr olunmuş video çarx təqdim olunub. Video çarxda Pənahəli xan, Əbdürəhim bəy Haqverdiyev, Xan qızı Natəvan, Bülbül, Xan Şuşinski, Üzeyir Hacıbəyov, Niyazi, Rəşid Behbudov və digər tanınmışlar haqqında geniş məlumat nümayiş olunub. Sonda məktəbin direktoru Kəmalə Quliyeva çıxışlardan məmnun qaldığını bildirərək, zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi