Şuşa Azərbaycanın parlaq diyarıdır

Mayın 12-də 260 nömrəli tam orta məktəbin akt zalında Şuşanın 270 illiyinə həsr olunmuş "Şuşa Azərbaycanın parlaq diyarıdır" adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib. Sonra aparıcı sözü məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi Həsənova Ülduzəyə verib. O, Şuşanın 270 illiyi haqqında tamaşaçılara geniş məlumat verib. Sonra Şuşaya həsr olunmuş sənədli video-çarx nümayiş olunub. Video çox maraqlı ve zövqlə hazırlanıb. Milli geyimdə səhnəyə çıxan şagirdlər şeir və rəqslərli məharətlə ifa ediblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşaya və digər azad olunmuş bölgələrə etdiyi səfərlərin kadırları nümayiş olunub. Tədbir Azərbaycan şəhidlərinə və qəhrəmanlarımıza həsr olunmuş mahnılarla yekunlaşıb. Sonda məktəbin direktoru Kəmalə Quliyeva çıxış edərək tədbirin yüksək səviyyədə hazırlanmasında zəhməti olanlara öz təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi