“Kiçik Akademiya” üzvlərinin təqdimatları

Aprelin 1-də 260 №-li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin təqdimatları keçirilib. Təqdimatda məktəbin direktoru Kəmalə Quliyeva, direktor müavinləri və fənn müəllimləri iştirak ediblər. Təqdimatlar üç mərhələdə təşkil olunub. Birinci mərhələdə riyaziyyat, informatika, fizika, ikinci mərhələdə Azərbaycan dili və ədəbiyyat, tarix, üçüncü mərhələdə biologiya, kimya, coğrafiya fənnləri üzrə şagirdlər elmi araşdırmalarla çıxış ediblər. Təqdimatı giriş sözü ilə məktəbin direktor müavini Tahir Səmədov açıb. O, qeyd edib ki, bu tədris ilindən dördüncü dəfədir ki, şagirdlərimiz götürdükləri mövzular üzrə elmi araşdırmalar aparıblar. Burada praktiki olaraq mövzular işlənərək təqdim olunub. Akademiya üzvlərindən 44 nəfərdən 32 nəfər şagird işlərini müvəffəqiyyətlə başa vurmuş, 12 nəfər şagird isə götürdükləri işi tamamlamamışdılar. Təqdimatların sonunda məktəbin direktoru Kəmalə Quliyeva “Kiçik Akademiya” nın işini yüksək qiymətləndirib və şagirdlərə elmi araşdırmalarında uğurlar arzulayıb
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi