Xocalı qan yaddaşımız

Fevralın 24-də 260 №-li tam orta məktəbin 4 "a" sinfində Xocalı faciəsinin 30-cu il dönümü ilə əlaqədar “Xocalı qan yaddaşımızdır” adlı tədbir keçirilib. Azərbaycan Dövlət himni səsləndikdən sonra Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 4 “a” sinifinin müəllimi Vüsalə Orduyeva 26 fevral Xocalı soyqırımı faciəsi haqqında şagirdlərə geniş məlumat verib. Şagirdlər tərəfindən Xocalı qurbanlarına aid hazırladıqları foto albom və plakatlar sinifdə nümayiş olunub. Daha sonra “Xocalı qan yaddaşımızdır” adlı video çarx nümayiş olunub. Bu video çarxda xalqımızın başına gətirilən əzab-əziyyətlərdən, xalqımıza qarşı törədilən erməni vəhşiliyindən ibarət sənədli materiallar göstərilib. Həlak olan soydaşlarımızın göstərdiyi mərdliklərə, qəhrəmanlıqlara həsr olunmuş şer və mahnılar şagirdlər tərəfindən təqdim olunub. Tədbirin sonunda məktəbin direktoru Kəmalə Quliyeva çıxış edərək faciənin xalqımıza vurduğu sağalmaz yaradan danışıb və tədbirin yüksək səviyyədə hazırlandığını bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi