"Kiçik Akademiya" üzvlərinin təqdimatları

Fevralın 1-də 260 №-li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin növbəti təqdimatları keçirilib. Təqdimatın işində məktəbin direktoru Kəmalə Quliyeva, direktor müavini Tahir Səmədov, fizika müəllimi Yusifzadə Könül iştirak ediblər. Şagirdlər riyaziyyat, biologiya, fizika, kimya, informatika, tarix, coğrafiya və digər fənlər üzrə praktiki olaraq işlərini həvəslə təqdim ediblər. 7 "c" sinif şagirdi fizikadan hazırladığı təcrübədə yaranmış elektromaqnit qüvvəsindən danışıb. Göstərdiyi təcrübədə o elmi axtarışlarının bundan sonrada davam edəcəyindən bəhs edib. 9 "b" sinfinin şagirdləri Qarabağın beşiyi olan Şuşa haqqında hazırladıqları videoçarxı təqdim edərək öz fikirlərini çatdırıblar. Onlar qeyd ediblər ki, Ali Baş Komandan İlham Əliyev bu 2022-ci ili Şuşa ili elan etmişdir. Bununla əlaqədar məktəbdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. 2021-2022-ci tədris ili üzrə "Kiçik Akademiya" ya cəlb olunan VII-VIII-IX-X siniflər üzrə 40 nəfər şagird müxtəlif mövzular ətrafında elmi tədqiqat işləri aparıb. Məktəbin direktoru Quliyeva Kəmalə şagirdlərin təqdimatlarını yüksək qiymətləndirərək onlara müəyyən tövsiyələr verib. Direktor müavini Səmədov Tahir "Kiçik Akademiya" nın təqdimatlarına yekun vurub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi