Ümummilli Lider Heydər Əliyevin anım günü

Dekabrın 10-da 260 nömrəli tam orta məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr ilunmuş tədbir keçirilib. Tədbirdə məktəbin V “b” sinifinin şagirdləri ilə yanaşı “Kiçik Akademiya” nın üzvləri də iştirak ediblər. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib. Məktəbin tarix müəllimi Səfərova Aynur Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Şagirdlər Ulu Öndər haqqında şer və mahnılar səsləndiriblər. Daha sonra məktəbin direktoru Kəmalə Quliyeva Azərbaycanın müstəqil dövlət olmasında Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Tədbirin sonunda iştirakçılar foyedəki Ulu Öndərin şəkli önünə gül çələngi qoydular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi