“Kiçik Akademiya” üzvlərinin növbəti təqdimatları

Noyabrın 26-da 260 №-li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin növbəti təqdimatları keçirilib. “Kiçik Akademiya” nın təqdimatlarında məktəb rəhbərlikləri və fənn müəllimləri iştirak ediblər. Təqdimatda şagirdlər kimya, biologiya, coğrafiya və fizika fənnlərindən elmi araşdırmalar edərək öz işlərini təqdim ediblər. Şagirdlər mövzular üzrə apardıqları elmi axtarışları slayd formasında və video çarx vasitəsilə nümayiş ediblər. Biologiya fənni üzrə 10 nəfər, fizika fənni üzrə 5 nəfər, kimya fənni üzrə 2 nəfər, coğrafiya fənni üzrə 3 nəfər şagird elmi işlərini təqdim ediblər. Sonda məktəbin direktoru Kəmalə Quliyeva təqdimatların gedişindən razı qaldığını bildirib və iştirakçılara uğurlar arzulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi