“Kiçik Akademiya” üzvlərinin təqdimatları

Noyabrın 19-da 260 №- li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin təqdimatları keçirilib. Təqdimatda məktəb rəhbərlikləri və fənn müəllimləri iştirak ediblər. Təqdimatın gedişində şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika və tarix fənnləri üzrə tədqiqatlar aparıblar. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Səmədov çıxış edərək bildirib ki, oktyabr ayında könüllü olaraq “Kiçik Akademiya” ya üzv olanlara metodiki istiqamətlər verilib. Təqdimatda şagirdlər video çarx və slaydlar təqdim ediblər. Təqdimatlarda Azərbaycan dili və ədəbiyyat fənni üzrə 6 nəfər, riyaziyyat fənni üzrə 10 nəfər, informatika fənni üzrə 3 nəfər və tarix fənni üzrə şagird öz işlərini nümayiş etdiriblər. Məktəb rəhbərlikləri şagirdlərin təqdimatlarından razı qaldıqlarını söyləyiblər. Təqdimata məktəbin direktoru Kəmalə Quliyeva yekun vuraraq şagirdlərə uğurlar arzulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi