“Gənc bioloqlar”

Noyabrın 18-də 260 №-li tam orta məktəbin 6 “b” sinif şagirdləri “Gənc bioloqlar” dərnəyinin üzvlərinin “Kiçik Akademiya” ya hazırlıq mərhələsində təqdimatlar keçirilib. İlk olaraq təqdimatı 6 “b” sinifin şagirdi İsmayılzadə Aliyə verib. O, Azərbaycanın fauna və florası haqqında danışıb və Azərbaycanın zəngin bitki örtüyü və heyvanat aləmi haqqında video çarx təqdim edib. Sonra isə 6 “b” sinif şagirdi Soltanəliyeva Nəzrin nümayiş etdiyi təqdimatında “Bakteriyaların yayılması və təbiətdə rolu” , “Xəstəlik törədən bakteriyalar”, “Viruslar” haqqında məlumat verib. “Kiçik Akademiya” nın işində iştirak etmək üçün şagirdlərə məktəbin biologiya müəllimləri Səmədov Tahir və Aslanova Aybəniz məsləhətlər veriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi