12 noyabr-Konstitusiya Günü

Noyabrın 12-də 260 №-li tam orta məktəbin foyesində Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir məktəbin “Kiçk Akademiya” üzvləri tərəfindən təşkil olunub. Tədbirdə pandemiya şəraitini nəzərə alaraq tibbi-gigiyenik qaydalara riayət edərək şagirdlər nizamlı şəkildə düzülüblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib. Sonra məktəbin tarix müəllimi Sürmə Ələkbərova 12 noyabr-Konstitusiya Günü ilə əlaqədar çıxış edib. Daha sonra “Kiçk Akademiya” nın üzvləri Konstitusiyanın maddələri haqqında tədbir iştirakçılarına məlumat veriblər. Sonda tədbir iştirakçıları Doğma Azərbaycanımıza aid mahnı ifa ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi