“Kiçik Akademiya” nın növbəti iclası

Oktyabrın 29-da 260 №-li məktəbdə “Kiçik Akademiya” nın növbəti iclası keçirilib. İclasda məktəbin direktor müavini Sevil Abdurahmanova, Tahir Səmədov və uşaq birliyinin rəhbəri Təranə Hacıyeva iştirak ediblər. İclasa məktəbin istedadlı şagirdləri dəvət olunmuşdur. Tahir Səmədov öz çıxışında bildirib ki, oktyabrın 28-də Bakı şəhəri Təhsil idarəsi tərəfindən keçirilən iclasda “Kiçik Akademiya” üzvlərinin elmi axtarışlarının aparılmasında onlara ediləcək köməklərdən danışılıb. Həmçinin də qeyd olunub ki, dekabr ayında şəhər üzrə “Kiçik Akademiya” nın konfransı keçiriləcək. Sonra “Kiçik Akademiya” üzvlərinin mövzuları ətrafında hazırlıqlarının vəziyyəti araşdırılıb. Şagirdlərdən 10 “a” sinif şagirdi Əlizadə Elmar, Nağı Əlirövşən, 10 “c” sinif şagirdi Mustafayeva Hüsniyyə, 9 “a” sinif şagirdi Bayramzadə Banuçiçək və 8 “b” sinif şagirdi Mirzəyeva İnci götürdükləri mövzular haqqında məlumat veriblər. Daha sonra “Kiçk Akademiya” üzvlərinin “Zəfər bayramı” na həsr olunan inşa yazıları nümayiş olunub. Şagirdlər bildiriblər ki, noyabr ayında keçiriləcək təqdimatlara tam hazırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi