“Kiçik Akademiya” üzvlərinin növbəti təqdimatları

Mayın 27-də İlqar Cəfərov adına 260 №-li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin təqdimatları keçirilib. Təqdimatda şagirdlərlə yanaşı müəllimlərdə iştirak ediblər. Məktəbin direktor müavini Tahir Səmədov bu gün təqdim olunan mövzuların aktuallıqlarından danışıb. Sonra mövzular üzrə şagirdlərin təqdimatları təqdim olunub. Şagirdlər “Azərbaycanda dərman bitkiləri” , “Müqəddəs ziyarətgahlarımız” , “Milli qəhrəmanlarımız” , “Azərbaycan idmançıları” , “Qarabağ atları” , “Yağış sularından alternativ istifadə” , “Riyazi rəqəmlər və onların sirləri” , “Azərbaycan qoruqları” , “Azərbaycan xalçaları” , “Alternativ enerji mənbələri” adlı mövzularını slaydlar vasitəsilə təqdim etdilər. Şagirdlərin təqdimatlarından sonra direktor müavini Sevil Abdurahmanova çıxış edərək mövzu seçimindən və slaydlar vasitəsilə ətraflı məlumat verilməsinin yüksək səviyyədə olduğunu bildirib. Sonda Tahir Səmədov “Kiçik Akademiya” üzvlərinə gələcəkdə təqdimatları təqdim edərkən praktiki işlərə üstünlük verilməsi haqda tövsiyyələr verib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi