“Kiçik Akademiya” üzvlərinin Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş tədbiri

Mayın 26-da İlqar Cəfərov adına 260 №-li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir məktəbin foyesində pandemiya dövründə tibbi gigiyenik qaydalarına əməl olunmaq şərti ilə keçirilib. Tədbirin gedişində məktəb rəhbərlikləri və müəllim heyəti iştirak ediblər. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımız üçün tarixi hadisə adlandırmışdır. Azərbaycan Respublikası Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikasıdır. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır. Məktəbin VII sinif şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş şerlər və mahnılarla tədbiri daha da rəngarəng etdilər. Tədbirin sonunda məktəbin direktoru Kəmalə Quliyeva çıxış edərək şagirdlərə çıxışlarına görə öz təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi