“Kiçik Akademiya” üzvlərinin təqdimatları

Mayın 21-də İlqar Cəfərov adına 260 №-li tam orta məktəbdə "Kiçik Akademiya" üzvlərinin təqdimatı keçirilib. Təqdimatda məktəb rəhbərlikləri və müəllim heyəti iştirak ediblər. Təqdimatda şagirdlərin mövzuları haqqında məlumat verən Tahir Səmədov bildirib ki, hər bir şagird praktiki olaraq mövzular üzərində axtarışlar aparıblar. Şagirdlər “Su damlalarını qoruyaq” , “Gündəlik işlətdiyimiz bəzi vasitələrin xeyiri və zərəri” , "Biogeosenozda qida zəncirinin qırılma səbəbləri" , “Qarabağ Azərbaycandır!” “Zəfər və qələbədə igid döyüşçülərimiz” adlı mövzuları təqdim etdilər. Təqdimatlar dinlənildikdən sonra məktəb rəhbərliyi çıxış edərək şagirdlərə maraqlı laihələrə görə öz təşəkkürlərini bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi