Xəzər rayon məktəblərinin Kiçik Akademiya üzvlərinin hesabat konfransı keçirilib

23 may tarixində "Heydər Əliyev ili" çərçivəsində Xəzər rayon 234 nömrəli tam orta məktəbdə rayon məktəblərinin Kiçik Akademiya üzvlərinin hesabat konfransı keçirildi. Konfransda məktəbimizin Kiçik Akademiya rəhbəri Ülviyyə Səfərovanın rəhbərliyi ilə məktəbimizin fəal KA üzvü Leyla Niftəliyeva "Tikdim ki, izim qala..." adlı təqdimatla çıxış etdi. Təqdimat ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixinə, onun mədəni abidələrinə verdiyi dəyərdən bəhs edirdi. KA üzvümüzün təqdimatı və təqdimatın sonunda söylədiyi- "Biz Azərbaycan gəncləri yolumuza mən fəxr edirəm ki, azərbaycanlıyam sözləri ilə başlayıb, Qarabağ Azərbaycandır sözləri ilə davam edirik!" şüarı konfrans iştirakçılarının alqışlarıyla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi