Nailiyyətlərimiz

RFO- nun şəhər mərhələsində 3 şagirdimiz uğur qazandıRFO- nun şəhər mərhələsində 3 şagirdimiz uğur qazandı.Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Müəllimimiz ""Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" müsabiqəsində uğur qazanıbBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinin qalibləri bəlli olub. Bu müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri iştirak edib. Müsabiqədə məktəbimizi təmsil edən biologiya müəllimi Ülviyyə Səfərova uğurla iştirak edərək 2-cilik qazanıb. Bu uğur münasibətilə müəllimimizi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.  Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

Şagirdlərimiz stolüstü tennis yarışında rayon üzrə 4-cü yerə çıxıb29.12.2023-cü il tarixində Azərbaycan Respublikasının Elm və Təhsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Stolüstü Tennis Federasiyası, Bakı şəhəri Elçin Mansurov adına 88 nömrəli tam orta məktəb, 1 nömrəli Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və BrendSport.az saytının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə töhfə olaraq, baş leytenant şəhid Vüsal Babayevin doğum gününə həsr olunmuş Xəzər rayon məktəbliləri arasında stolüstü tennis turniri keçirildi. İdman rəhbəri Nicat Dadaşovun rəhbərliyi ilə məktəbimiz qızlar və oğlanlardan ibarət 4 komanda ilə yarışda təmsil olundu. Qızlardan ibarət komandamız uğurla çıxış edərək 4-cülük əldə etdi.

HAQQIMIZDA
  • Bakı şəhəri, Xəzər rayonunda yerləşən Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbin əsası 1973-cü ildə qoyu...
BİZİM FƏXRLƏRİMİZ

İlkanə Bayramova İkram

Aytac Şahvəlizdə Qəhrəman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi